Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İldə 16 milyon avro məvacib

İldə 16 milyon avro məvacib

“Real Madrid” klubunun yeni baş məşqçi Zinəddin Zidan ilə imzalanan müqavilənin təfərrüatları bəlli olub. Bildirilir ki, fransalı mütəxəssis “kral klubu”nda ildə 16 milyon avro məvacib alacaq. 
Yer gəlmişkən, Z.Zidan klubun prezidenti Florentino Peresin təklifini qəbul edərkən bir neçə şərt irəli sürüb. O, “Çelsi” klubunda forma geyinən iki futbolçunun - belçikalı Eden Hazardın və fransalı Nqolo Kantenin transfer olunmasını tələb edib. Zidan 2022-ci ilədək “Real Madrid”in baş məşqçisi vəzifəsində çalışacaq.
Xəbəri “Euronews” verib.

Hazırladı: “M.ABDULLAYEV, “Xalq qəzeti” 

13 2019 22:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə