Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TANAP boru kəməri layihəsi üzrə investisiyanın təxminən 41 faizinə qənaət edilib

TANAP boru kəməri layihəsi üzrə investisiyanın təxminən 41 faizinə qənaət edilib

Türkiyə KİV-ləri xəbər verir ki, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

“TANAP-ın ticari idarəçilik fəaliyyəti hazırda 190 mütəxəssis tərəfindən aparılır. Layihənin əvvəlində 11,77 milyard dollarlıq investisiya nəzərdə tutulurdu. Lakin bu həcmin təxminən 41 faizinə qənaət edilib və layihənin dəyəri 7 milyard dollar səviyyəsinə düşüb”, - deyə TANAP-ın baş direktoru bildirib.

Xatırladaq ki, keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

13 2019 19:28 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə