Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın kiçik və orta biznesi də “Qazprombank”ın imkanlarından yararlana bilər

Azərbaycanın kiçik və orta biznesi də “Qazprombank”ın imkanlarından yararlana bilər

Azərbaycan – Rusiya əlaqələri çox uğurlu inkişaf yolu keçir. İlk növbədə, Azərbaycan və Rusiya prezidentlərinin gördükləri işlər hesabına bu əlaqələr uğurla inkişaf edir.

Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində deyib.

İqtisadi-ticari əlaqələrin, həmçinin Rusiyanın ən iri banklarından biri olan “Qazprombank”ın ölkəmizdə həyata keçirdiyi investisiya layihələrinin əhəmiyyətindən danışan nazir bildirib ki, Bakıda olan “Qazprombank”ın nümayəndə heyəti müxtəlif təqdimatlar keçirərək öz imkanlarını göstərəcək. Azərbaycan sahibkarları da bu imkanlardan istifadə edərək investisiya layihərini reallaşdırmaqla ondan yararlanacaqlar.

Ş.Mustafayev “Qazprombank”ın Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və bir sıra mühüm layihələr həyata keçirdiyini diqqətə çatdırıb: “İlk növbədə, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” zavodunun tikintisində “Qazprombank”ın iştirakını qeyd etmək istəyirəm. Bu layihənin dəyəri təqribən 880 milyon ABŞ dolları olub. Onun 500 milyon dollarlıq hissəsini məhz “Qazprombank” maliyyələşdirib. Layihə uğurla başa çatıb və zavod artıq fəaliyyət göstərir. Həm yerli bazara, həm də ixrac imkanlarından istifadə etməklə məhsulların böyük hissəsini xaricə ixrac edir. Eyni zamanda, “Azərikimya”nın yenidənqurma işlərinə “Qazprombank” tərəfindən 260 milyon dollar kredit ayrılıb”.

Nazir “Qazprombank”ın Azərbaycan iqtisadiyyatının digər sektorlarına da öz töhfəsini verəcəyinə əminliyini ifadə edib: “Biz istərdik ki, aqrar sənaye kompleksinə maliyyə axınları çatsın. İfrastruktur layihələrinin həyata keçirilməsində, bir sözlə, biznes dairələri səviyyəsində əməkdaşlıq həyata keçirilsin. Azərbaycanın kiçik və orta biznesi də “Qazprombank”ın imkanlarından yararlana bilsinlər”, - deyə nazir bildirib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

13 2019 19:27 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə