Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xətai rayonunun Neapol küçəsi yenidən qurulub

Xətai rayonunun Neapol küçəsi yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, uzunluğu 800 metr, eni isə 24 metr olan Neapol küçəsində aparılan yenidənqurma və bərpa işləri çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də yenidən bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub. Bundan başqa, küçəboyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulub, küçəyə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri ümumilikdə 25 min kvadratmetr sahəni əhatə edib.

Neapol küçəsi boyu istiqaməti ayırmaq məqsədilə 1 metr enində ayırıcı zolaq inşa olunub, kənarlarına səki daşları, üzərinə isə tamet daşları düzülüb. Təmir-bərpa işləri Neapol küçəsinin 14 metr enə malik köməkçi yollarını da əhatə edib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

13 2019 19:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Avqust 2019 | 18:02
Yanğın hadisəsi baş verib
20 Avqust 2019 | 18:01
Volqoqradda güclü istilər

Köhnə versiyamızdan xəbərləri izlə