Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TANAP bu ilin iyulunda Avropaya qaz tədarükünə hazır olacaq

TANAP bu ilin iyulunda Avropaya qaz tədarükünə hazır olacaq

İşlər plana uyğun davam etsə, Trans-Anadolu qaz kəməri (TANAP) 2019-cu ilin iyulunda Avropaya qaz tədarükü üçün hazır olacaq.

Bunu mətbuata açıqlamasında TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib. O bildirib ki, ötən ilin iyununda TANAP-ın sıfır mərhələsi işə salındıqdan sonra Türkiyəyə qaz tədarükü başlayıb. Birinci mərhələ ilə sınaq qaz tədarükü isə aprelin 15-dən başlayacaq.

S.Düzyol əlavə edib ki, 2018-ci il iyunun 30-dan bu il fevralın 28-dək Türkiyə TANAP vasitəsilə 1,25 milyard kubmetr qaz əldə edib.

Xatırladaq ki,  TANAP-ın buraxılış gücü ildə 16 milyard kubmetr təşkil edir, daha sonra isə bu göstəricini 31 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

13 2019 19:24 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin