Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Astarada tank əleyhinə minalar aşkar edilib

Astarada tank əleyhinə minalar aşkar edilib

ANAMA-ya Astara şəhəri, Aydın Məmmədov küçəsi 47 ünvanında minanın tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Astara rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Bu barədə ANAMA-nın mətbuat xidmətindən bildirilib. Agentliyin mütəxəssisləri və Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 15 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) tank əleyhinə mina (TM-62M) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaların ətrafında  1,500 kv.m əraziyə  yerüstü,  500 kv.m əraziyə isə  yeraltı baxış keçirilib, əlavə təhlükəli  əşya və qurğu aşkarlanmayıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

13 2019 19:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə