Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtda hərbi sursat zərərsizləşdirilib

Sumqayıtda hərbi sursat zərərsizləşdirilib

Ötən gün  saat 16:27-də Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən ANAMA-ya  Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. Bu barədə ANAMA-nın mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən  qeyd olunmuş ərazidə su kanalının kənarına baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılmış təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) aviobomba (TAB-7) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aviobombaların ətrafında 300 kv.m əraziyə yerüstü, 10 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

13 2019 19:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə