Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mozambikdə daşqın

Mozambikdə daşqın

Mozambikin şimal və mərkəzi hissələrində güclü daşqınlar nəticəsində 66 nəfər həlak olub, 110-dan çox adam xəsarət alıb.

“İday” tropik siklonunun gətirdiyi aramsız yağışlar bölgədə ciddi fəsadlara səbəb olub. Daşqınlar 15,5 minə yaxın yaşayış evini, 18 xəstəxananı dağıdıb, 140 minə yaxın sakin təbii fəlakətdən ziyan çəkib. Siklon təhlükəsi ilə bağlı sahilyanı ərazilərdən sakinlər təxliyə olunub.

Mozambik hökuməti aramsız leysan və daşqınla bağlı ölkədə qırmızı rejim tətbiq edib. Zambezi və Tete əyalətlərində əhalinin yerləşdirilməsi üçün 16 müvəqqəti mərkəz yaradılıb. Daşqından zərər çəkmiş 80 min ailənin yardıma ehtiyacı var. Mozambiklə həmsərhəd olan Malavi Respublikasının cənub regionu da təbii fəlakətdən zərər çəkib.

 

“Xalq qəzeti”

13 2019 16:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə