Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahil Babayev Ağdaş rayonunda sakinlərlə görüşəcək

Sahil Babayev Ağdaş rayonunda  sakinlərlə görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 29 mart  2019-cu il tarixdə Ağdaş rayonunda  Ağdaş, Mingəçevir, Naftalan, Yevlax, Goranboy, Xocalı şəhər və rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.             

Qəbul zamanı nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) bağlı müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə ƏƏSMN-nə rəsmi şəkildə müraciət edərək və ya 142--Çağrı mərkəzi ilə əlaqə saxlayaraq martın 27-dək qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 2019 12:52 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə