Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birdəfəlik ödəmənin verilməsində mühüm addım

Bayramadək 1200 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

Birdəfəlik ödəmənin verilməsində mühüm addım

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanının icrası istiqamətində mühüm addım olaraq Novruz bayramına qədər 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmənin verilməsi təmin ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən komissiyanın növbəti iclasında həmin şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Onların siyahısı müvafiq ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib.

Dövlət başçısının fərmanı ilə vərəsələri 11 min manatdan az sığorta ödənişi almış şəhid hərbi qulluqçuların və şəhid polislərin  vərəsələri də daxil edildiyinə görə, şəhidlərin sayı 12268-ə çatıb.

İndiyədək artıq 5491 şəhidin 7894 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 2019 12:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə