Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkir rayonunda epizootik sabitlik qorunur

Şəmkir rayonunda epizootik sabitlik qorunur

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, 2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq Şəmkir rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr aparılır. 

Hazırda Şəmkir Rayon Baytarlıq İdarəsi tərəfindən təsərrüfatlarda iribuynuzlu heyvanlar arasında peyvəndləmə aparılıb.

Ümumiyyətlə, 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında iribuynuzlu,  təkdırnaqlı heyvanlarda, körpə cücələrdə,  xırdabuynuzlu heyvanlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında xəstəliyi aşkar etmək,  yayılmasının qarşısını almaq məqsədi ilə qan nümunəsi alınaraq ərazidə dezinfeksiya tədbirləri görülüb.

Mart ayının ilk günlərindən isə Şəmkir Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı tətbiq ediləcək vaksinin bölgüsü aparılıb.        Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.

Şəmkir rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək.   

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 2019 12:33 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə