Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU ilə “Azərkimya” İB arasında əməkdaşlığın genişləndirilməsinə dair danışıqlar aparılıb

ADNSU ilə “Azərkimya” İB arasında əməkdaşlığın genişləndirilməsinə dair danışıqlar aparılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı  “Azərkimya” İstehsalat Birliyinin Baş direktoru İmran Arzumanzadə ilə görüşüb. ADNSU-nun rektoru M.Babanlını Sumqayıtda “Azərkimya” İB-də görməkdən məmnun olduğunu qeyd edən İ.Arzumanzadə 2010-cu ildə Azərbaycan Respublikasının prezidentinin Sərəncamı ilə  “Azərkimya” Dövlət Şirkətinin SOCAR-ın tabeçiliyinə verilməsindən (“Azərkimya” İstehsalat Birliyi statusunda) sonra burada gerçəkləşdirilən rekonstruksiya və modernizasiya işləri barədə ətraflı məlumat verib. Dəyəri təqribən 1 mlrd manat təşkil edən bu işlərin 2020-ci ildə tamamlanmasından sonra “Azərkimya” İB-də propilen isehsalının ildə 60 min tondan 175 min tona, etilen istehsalının isə hazırki 100 min tondan 200 min tona çatdırılacağını bildirən İ.Arzumanzadə 2021-ci ildə Neft Emalı Zavodu ilə bağlı işlərin də yekunlaşması ilə müasir qurğu və avadanlıqların tətbiq olunduğu bütöv bir istehsal zəncirinin təmin olunacağını və burada çalışmaq üçün yüksəkixtisaslı gənc mütəxəssislərə ehtiyacın artacağını vurğulayıb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı dəvətə görə “Azərkimya” İB-nin Baş direktoru İmran Arzumanzadəyə təşəkkürünü bildirib, hazırda ali məktəbdə tədrisin vəziyyəti, ixtisasların akkreditasiyası, tədrisin istehsalat və sənayenin tələblərinə uyğunlaşdırılması istiqamətində aparılan işlər barədə məlumat verib.  ADNSU-nun “Azərkimya” İB ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edən rektor M.Babanlı ali məktəbdə buraxılış işlərinin mövzularının müəyyənləşdirilməsi, tələbələrin gündəlik təcrübə, eləcə də tədris proqramına uyğun istehsalat təcrübəsi keçməsi kimi məsələlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

Rektor M.Babanlı “Azərkimya” İB-nin istəyi olarsa seçilmiş fənlər bölümündə məhz müəssisənin tələblərinə uyğun tədrisin həyata keçirilməsinin mümkünlüyünü qeyd edərək bildirib ki, müəssisənin mütəxxəsisləri ADNSU-da doktorantura səviyyəsində təhsil də ala bilərlər.

Görüşdə ADNSU-nun 119 nəfər 4-cü kurs tələbəsinin hazırda “Azərkimya” İB-də istehalat təcrübəsi keçdiyi, universitetinin bir sıra məzunlarının hazırda bu müəssisədə çalışdıqları qeyd olunub. Tərəflər əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müəyyənləşdirmək üçün işçi qrupun yaradılmasına dair razılıq əldə ediblər.

 

ADNSU İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

13 2019 12:26 - TƏHSİL
TƏHSİL
15 May 2019 | 12:03
Qaraciyər Elastoqrafiyası

Köhnə versiyamızdan xəbərləri izlə