Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri” adlı panel keçiriləcəkdir

Martın 14-də Novruz bayramı münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Yunus Emre İnstitutu, TİKA Bakı Proqram Koordinatorluğu, Qeyri-Maddi Mədəni İrs Dərnəyi və Rəsmi və Qeyri-Rəsmi Təhsildə Qeyri-Maddi Mədəni İrs UNESCO Kürsüsü və AMEA Folklor İnstitutunun birgə təşəbbüsü ilə Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri mövzusunda elmi müzakirələr aparmaq və bu oyunların gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulamaq məqsədiylə "Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri" adlı panel keçiriləcəkdir.

Açılış nitqini  Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi, TİKA Bakı Proqram Koordinatoru Teoman Tiryaki, Bakı Yunus Emre İnstitutu Müdiri  Dos. Cihan Özdemir edəcəkdir.

Çıxışlardan sonra söz məruzəçilərə veriləcək. UNESCO Türkiyə Milli Komissiyasının Başqanı, Ankara Hacı Bayram Vəli Universitetinin Türk Xalq Bilimi Kafedrasının Müdiri  Prof. Öcal Oğuz "UNESCO-da ənənəvi idman növləri  və oyunlar", AMEA Folklor İnstitunun Direktoru Akdemik Muxtar İmanov "Xalq oyunlarında ritual-mifoloji kontekst", Dos. Ezgi Metin Basat "Kəndlərdə tətbiq olunan oyunlarla aktyor, tamaşaçı və məkan əlaqəsi", AMEA Folklor İnstitunun Müasir Folklor Şöbəsinin Müdiri Prof. Füzuli Bayat "Oyunların fəlsəfi-mifoloji kökü, qadağalar və cəzalar", Ankara Hacı Bayram Vəli Universitetinin Türk Xalq Bilimi Kafedrasının Arş. Gör. Zeynep Safiye Baki Nalcıoğlu "Türkiyədə ənənəvi oyunlar və onların tətbiqi", AMEA Folklor İnstitutu Mərasim Folkloru Şöbəsinin Müdiri Dos. Ağaverdi Xəlil  "Gözbağlıca oyunlarında inisiasiya və türk eposunun strukturu" adlı mövzülarda çıxışlar edəcəklər.

Çıxışlar və dəyərləndirmələrdən sonra iştirakçılara təşəkkürnamələr təqdim olunacaq.

Panel 14 mart 2019-cu il tarixində, saat 10.00-da, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında (2-ci mərtəbə) keçiriləcəkdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

13 2019 12:06 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
18 Sentyabr 2020 | 11:09
Əbədiyaşar sənətkar

Köhnə versiyamızdan xəbərləri izlə