Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeron yarımadası öz iqlim tipini dəyişir

Abşeron yarımadası öz iqlim tipini dəyişir

Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində Abşeron yarımadasının öz iqlim tipini dəyişməsi və bunun da nəticəsində yarımadanın flora tərkibində dəyişikliklər, yerli floraya aid bəzi bitkilərin sayının azalması müşahidə olunub.

İnstitutun elmi işçisi, tədqiqatçı Rəsmiyyə Əfəndiyeva özəl olaraq Trend-ə bildirib ki, araşdırma nəticəsində Abşeron yarımadasının kontinental iqlim tipindən mülayim iqlim tipinə keçdiyi müəyyən edilib: "Məlum olub ki, Pirallahı, Türkan və Saray qəsəbələrində torpaqda xlorid şoranlaşma 1,2-1,3 dəfə, karbonat şoranlaşma 1,2-1,7 dəfə, sulfat şoranlaşması 1,3-1,4 dəfə azalıb. Quyu sularının Ceyranbatan suyu ilə əvəzlənməsi, yeni növ bitkilərin ərazinin iqlim tipinə uyğunlaşdırılması (introduksiyası) üçün süni suvarma sistemindən istifadənin artması, torpağın tərkibinin dəyişməsi, nisbi rütübətin artması, illik temperaturun 1,2 dərəcə yüksəlməsi ərazilərdə zəif subtropik iqlim tipinin yaranmasına səbəb olub".

R.Əfəndiyeva qeyd edib ki, Abşeron yarımadasında müxtəlif coğrafi enliklər üçün xas olan, başqa ölkələrdən gətirilmə yeni bitki növlərinin inkişafı başlayıb: "Abşeron yarımadasında təbii suvarma ilə inkişaf edən bitkilər üstünlük təşkil edir. Amma çox su tələb edən yeni növ bitkilərin yarımadanın iqliminə uyğunlaşdırılması üçün antropogen təsir göstərilir. Antropogen təsirlərin sırasında ilk yeri süni suvarma sistemi tutur. Bitkilərə qulluq üçün suvarma sistemindən geniş istifadə atmosferdə buxarlanmanın artmasına səbəb olur. Bu isə öz növbəsində havada rütubətin miqdarının artmasına gətirib çıxarır. Buna görə də ərazidə kontinental iqlim tipindən mülayim iqlim tipinə keçid baş verir".

Tədqiqatçı deyib ki, hazırda Abseron yarmadasında yerli floraya aid ağac və kolların sayı azlıq təşkil edir: "Yerli floraya aid olan Bakı cuzqunu, artemisia, tamariks agacları artıq məhv olmaq təhlükəsi ilə üz-üzədir".

O əlavə edib ki, sadalanan amillər nəticəsində hazırda Abşeron yarımadasının mədəni florasının çox hissəsi – 67 faizi Aralıq dənizi ölkələrinin florasının təmsilçiləridir. Əvvəllər isə bu göstərici 40 faizdən yüksək olmayıb.

R.Əfəndiyeva bildirib ki, Aralıq dənizi ölkələrinə aid bəzi bitkilər artıq Abşeron yarımadasının iqliminə tam uyğunlaşıb.

İnstitutun elmi işçisi həmin bitkilərə misal olaraq, maqnoliya (magnoliya grandiflora), fatuniya (photinia serrulata Lindl), oleandr (nerium oleander), yapon əzgili (Eriobotrya japonica), yapon qozu (ligustrum japonicum), olmez kol (pirocanta coccinea), dovşanalması (cotoneaster), şümşad (buxus), Şərq tuyası (biota orientalis) və palmanın adlarını qeyd edib.

13 2019 10:40 - EKOLOGİYA
EKOLOGİYA
2 Noyabr 2019 | 16:48
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə