Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosialyönümlü proqramlar xüsusi diqqət mərkəzindədir

Sosialyönümlü proqramlar xüsusi diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilə struktur islahatlarının davam etdirilməsi ilə yanaşı, əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi ilə başladı. Hər bir vətəndaşın layiqli yaşayış səviyyəsini təmin etmək, cəmiyyətdə sosial fərqliliyi aradan qaldırmaq zərurətindən irəli gələn fərman və sərəncamlar imzalandı. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı kateqoriyaların məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, vaxtilə tikilmiş, lakin rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşdirilməsi, problemli kreditlərin həll olunması, bir sözlə, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.  Sərəncamların şamil edildiyi insanlar dövlət başçısına minnətdarlıqlarını belə bildirirlər.

 

Güldəstə MƏMMƏDOVA, evdar xanım:
– Azərbaycan dövləti həmişə vətəndaşının yanında olub. Dövlət başçısı bunu atdığı addımlar, həyata keçirilən layihələr, icra edilən proqramlar, aparılan sosial islahatlar və əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması yolunda reallaşdırılan sosialyönümlü tədbirlərlə dəfələrlə sübut edib. Ötən il keçirdiyi müşavirələrdə, vətəndaşlarla görüşlərində 2019-cu ilin daha çox sosialyönümlü olacağını bildirən Prezident cari ilin ilk günlərindən etibarən verdiyi vədi yerinə yetirmişdir. 
Dövlət başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli sərəncamına uyğun olaraq, sosial müavinətin məbləğinin yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata qaldırılması mənə şamil olunacaq. Az qala iki dəfəyə yaxın artırılan bu vəsait, hər halda, səhhətində problem olan insanlar üçün əlavə köməkdir.  
Prezidentın son vaxtlar imzaladığı sərəncamlar bir sıra sahələri əhatə edir. Minimum əməkhaqqı alanlar,  tələbələr,  18 yaşına qədər əlilliyi olanlar və onlara qulluq edənlər, şəhid ailələri və digərlərinə ödənilən vəsaitlər hissolunacaq qədər artırılıb.
Torpaqlarımızın işğal altında olduğu bir vaxtda, bu qədər iş çoxluğunun arasında sosial vəziyyəti qənaətbəxş olmayan insanları düşünərək, onların rifahının yaxşılaşması yolunda yorulmadan çalışan Prezidentimizə cansağlığı və uzun ömür arzulayram. Allah Azərbaycanımızı qorusun, dövlət ­başçımızı pənahında saxlasın.

Elnur MƏMMƏDOV, ağdamlı məcburi köçkün, II qrup Qarabağ müharibəsi əlili:
– Biz Vətən torpağı uğrunda savaşa atılanda, gözümüzə torpağı əldən verməməkdən başqa bir şey görünmürdü. Qanlı- qadalı günləri, ayları bir-bir yola saldıq. Əfsuslar olsun ki, düşmən havadarlarının köməyi ilə torpağımızı işğal etdi. Biz elliklə doğma yurdu tərk etməyə məcbur olduq.
O vaxtdan illər keçib. Evimiz də oldu, uşaqlar da böyüdü. Bu illər ərzində dövlətimiz bizi naümid qoymadı. Məcburi köçkünlərin problemlərini həmişə diqqətdə saxladı. Azərbaycan Prezidentinin bu ilin başlanğıcından imzaladığı sərəncamlarla isə nə qədər ailənin xərc yükünü azaltdı, maddi vəziyyətini yaxşılaşdırdı. Ailəmizin hər bir üzvünə verilən müavinəti 60 manata qaldırdı. İşləyən bir ailə başçısının aldığı maaş qədər evimizə vəsait daxil olur. Üstəlik,  əlil kimi aldığım müavinət də artırılıb. Bu qədər diqqətə, qayğıya görə ailəm adından, eləcə də qohum-əqrəbam adından dövlət başçımıza təşəkkür edir, minnətdarlığımı bildirirəm.   

 

Hazırladı: 
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

12 2019 22:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə