Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məqsədyönlü siyasətin məntiqi davamı

Məqsədyönlü siyasətin məntiqi davamı

 Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla vətəndaşların kredit problemini birdəfəlik həll etdi. Dövlətimizin başçısı bununla da xalqa xidmətin ən yüksək nümunəsini göstərdi. Ölkə rəhbərinin imzaladığı sözügedən sənəd barədə aşağıda söylənilən fikirlər də bunun bariz ifadəsidir.

Cavad Hüseynov, Xırdalan şəhəri, 27-ci məhəllə, 2 “B” saylı binanın sakini, təqaüdçü:
– Kreditlərin ödənişində problemlər yaranandan sonra insanlar maddi sıxıntılarla üzləşdilər, psixoloji bir duruma düşdülər. Adamlarda banklara qarşı mənfi münasibət formalaşdı. Əslində bu vəziyyət dövlət başçısını da narahat edirdi və çıxış yolları aranırdı. Ölkə rəhbəri fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayandan sonra isə ümidsizliyə son qoyuldu.
Burada bir məqamı da xatırlatmaq istərdim. Bankdan götürdüyüm krediti ödəyə bilmədiyim üçün məhkəməyə verilmişdim. Problemin həlli ilə bağlı çox düşünüb-daşınsam da çıxış yolu tapa bilmirdim. Cənab Prezidentə minnətdaram ki, ailəmizin bu narahatlığına son qoydu, məhkəmədə olan iş dayandırıldı. 

Köçəri Ramazanov, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 16 saylı binanın sakini: 
– Prezident İlham Əliyev ölkəyə rəhbərliyinin bütün dövrlərində həyata keçirdiyi tədbirlərlə, gerçəkləşdirdiyi sosial islahatlarla sübut edib ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində ölkə vətəndaşları, onların mənafeyi dayanır. Problemli kreditlərlə bağlı imzaladığı müvafiq fərman da bu fikri bir daha təsdiqlədi. İnsanların cənab Prezidentin onları heç vaxt darda qoymayacağı, bundan sonra da üzləşilən bütün narahatlıqların aradan qaldırılacağı inamını daha da gücləndirdi. 
Bax, elə buna görə də hazırda ölkəmizdə çox möhkəm əsaslara malik xalq – iqtidar birliyi, həmrəyliyi yaşanır. Xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti öz əməli fəaliyyəti ilə dəstəkləyir, dövlətimizin başçısına çox böyük etimad bəsləyir, dəstək göstərir. Bəli, indi hər hansı bir çətinliyi olan vətəndaş əmindir ki, o tək deyil, cənab İlham Əliyevin köməyilə onun qarşılaşdığı problem tez bir zamanda həll edilir, lazımi addımlar atılır.

Əsəd Əbdürrəhmanov, Göygöl rayonunun Balçılı kənd sakini:
– Son iki il ərzində manatın məzənnəsinin ABŞ dolları qarşısında zəifləməsi fonunda banklardan xarici valyutada kredit götürən vətəndaşlarımız kreditlərin ödənilməsi ilə bağlı kifayət qədər ciddi problemlərlə üzləşmişdi. Bütün bunlar əhalinin yaşayış səviyyəsinə, eləcə də, bank sektorunun, işgüzar münasibətlərin inkişafına öz mənfi təsirini göstərmişdi. 
Dövlət başçısının fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə bu narahatlığıa son qoyuldu. Bununla da insanların 2015-ci ildən bəri gözlədikləri qərar verildi. 
Beləliklə, respublikada sistemli şəkildə aparılan islahatların davamı olan bu mühüm əhəmiyyətli fərmanın icrası həm vətəndaşlarımızın sosial rifah halının yaxşılaşmasına, dövlətə inamının artmasına mühüm təsir göstərəcək, eyni zamanda, dövlət-özəl sektor münasibətlərinin və biznes mühitinin inkişafında əhəmiyyətli rol oynayacaq.

 

Söhbəti hazırladı:
V.BAYRAMOV, “Xalq qəzeti”

12 2019 22:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə