Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentimiz mədəniyyətə qayğısı ilə də dünyaya nümunə göstərir

Prezidentimiz mədəniyyətə qayğısı ilə də dünyaya nümunə göstərir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə teatr sənətinin daha da inkişaf etdirilməsi, teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması ilə bağlı qərarı ölkə ictimaiyyəti, ziyalılar arasında dərin razılıq hissi ilə qarşılanıb. Bu barədə Milli Məclisin deputatı, görkəmli yazıçı-dramaturq Hüseynbala Mirələmov qəzetimizin əməkdaşına demişdir: 

– Mən möhtərəm Prezidentimiz İlham Əliyevin teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılması ilə bağlı sərəncam imzalaması xəbərini televiziyadan eşidəndə çox sevindim. 
Hesab edirəm ki, bu mühüm qərar ölkəmizdə teatrın, incəsənətin inkişafına, bu sahədə çalışan yaradıcı insanların gərgin əməyinə, istedad və bacarıqlarına göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir. 
Azərbaycan xalqı qədim mədəniyyətə, o cümlədən zəngin teatr ənənələrinə sahib olan yüksək mədəni xalqlardan biridir. Təsadüfi deyil ki, müsəlman Şərqində ilk teatr, ilk opera məhz bizim ölkədə yaranaraq özünün yüksək inkişaf mərhələsinə çatmışdır. Bu, çox qürurverici haldır. Axı, hər bir xalq, millət, ilk növbədə öz mədəniyyəti, incəsənəti ilə tanınır və sevilir. 
Təqdirəlayiq haldır ki, bu gün müstəqil Azərbaycanda dövlət və özəl teatr və konsert müəssisələrinin geniş şəbəkəsi mövcuddur. Bu yaradıcılıq təşkilatlarında öz peşəsinin vurğunu olan yüzlərlə, minlərlə fədakar sənət adamı çalışır. Bu insanları, onların ailələrini sevindirməkdən yaxşı, xeyirxah iş nə ola bilər?! 
Qəlbimdən dilimə axan bu sözləri tam səmimi deyirəm: Yalnız böyük ürək sahibləri, ədalətli dövlət xadimləri milli mədəniyyətin, onun aparıcı sahəsi olan teatrın inkişafı üçün çalışan fədakar insanların istedadına, əməyinə lazımi dəyər verməyi, qiymətləndirməyi bacarırlar. Azərbaycan xalqının və dövlətinin lideri cənab İlham Əliyev məhz belə tarixi şəxsiyyətlərdəndir! Prezident mədəniyyətə qayğısı ilə də dünyaya nümunə göstərir.
Xoşbəxtlikdən, Azərbaycan teatrı ilə məni qırılmaz yaradıcılıq əlaqələri bağlayır. “Xəcalət”, “Vicdanın hökmü”, “Gəncə qapıları”, “Vəsiyyət” kimi pyeslərim Azərbaycanın aparıcı teatrlarının səhnəsində uğurla tamaşaya qoyulub. Mənə xüsusilə yaxın, doğma olan bu insanların sevincinə ürəkdən şərik olur, onların hər birini bağrıma basıram. 
İnanıram ki, Azərbaycan teatr və incəsənət müəssisələrində çalışan yaradıcı insanlar çox hörmətli dövlət başçımızın bu diqqət və qayğısından ruhlanaraq, bundan sonra daha böyük həvəslə çalışacaqlar. 

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti” 

 

 

12 2019 22:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə