Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BSU-da “İlaxır çərşənbə səfirlərlə”

BSU-da “İlaxır çərşənbə səfirlərlə”

Bakı Slavyan Universitetində (BSU) Yel çərşənbəsinə həsr olunmuş “İlaxır çərşənbə səfirlərlə” adlı təntənəli tədbir keçirilib. 
Bayram tədbirində Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov, Yunanıstanın Azərbaycandakı  səfiri Nikolaos Kanellos, Türkiyənin Azərbaycandakı səfirinin xanımı Məltəm Özoral, Rusiyanın Azərbaycandakı səfirinin mədəniyyət işləri üzrə məsləhətçisi İqor Yeronin, Ukraynanın Azərbaycandakı səfirinin birinci katibi Georgiy Selskiy, Milli Məclisin sədr müavini  Bahar Muradova, Milli Məclisin deputatı Sahibə Qafarova, Azərbaycan Rus İcmasının sədri, deputat  Mixail Zabelin, “Kaspi” mətbuat və təhsil mərkəzinin rəhbəri Sona Vəliyeva, təhsil eksperti, professor  Şahlar Əsgərov və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru rektoru, professor Nurlana Əliyeva,  hər il olduğu kimi bu il də yazın gəlişinin BSU-da xüsusi ab-hava ilə qarşılandığını bildirib, Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən söhbət açıb. Rektor vurğulayıb ki, Azərbaycan xalqı əsrlər boyu Novruz bayramını xüsusi təntənə ilə qeyd edib, milli adət-ənənələri öz qəlbində yaşadıb. Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu qeyd edən  N. Əliyeva xalqımızın milli adətlərini, süfrə mədəniyyətini dünya xalqlarına sərgiləmək məqsədilə xarici ölkə səfirlərinin tədbirə dəvət olunduğunu diqqətə çatdırıb. Dünyada sülh və birgəyaşayışın təmin edilməsi məqsədilə hər kəsi Novruzun aşıladığı milli dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağıran Nurlana Əliyeva deyib: “Uzun illər xalqımızın həyata, gələcəyə inam hissini, torpağa bağlılığını formalaşdıran Novruz bayramı ulu öndər Heydər Əliyevin milli dəyərlərimizə və adət-ənənələrimizə göstərdiyi diqqət və qayğı nəticəsində milli ideologiyamızın əsas elementlərindən birinə çevrilmiş və dövlət səviyyəli tədbirlər sırasına daxil edilmişdir. Prezident  İlham Əliyevin rəhbərliyi altında respublikada gedən davamlı inkişaf həyatın bütün sahələrini əhatə edən uğurlarımızın sayının artmasına və Novruz bayramının ildən-ilə daha firavan, xoş ovqat və əmin-amanlıqla qeyd edilməsinə şərait yaratmışdır”. 
Mixail Zabelin Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək vurğulayıb ki, Azərbaycan xalqının ruhunda multikulturalizm, tolerantlıq yaşayır. M. Zabelin deyib: “Ulu öndər Heydər Əliyevin böyük səyi nəticəsində Azərbaycanda Novruz bayramı uzun illərdir xüsusi təntənə ilə keçirilir. Yaxın gələcəkdə Azərbaycan xalqının Novruz bayramını Qarabağda qeyd etməsini arzu edirəm”.
Sonra BSU-nun yerli və əcnəbi tələbələri müxtəlif dünya dillərində bayram təbriki səsləndiriblər.    

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

12 2019 22:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə