Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hövsan sakinləri “Açıq mikrofon” qarşısında

Hövsan sakinləri  “Açıq mikrofon” qarşısında

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı sakinlərin şikayət və təkliflərini dinləmək məqsədilə “Açıq mikrofon” formatında növbəti görüş keçirib. Tədbir Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində 15, 15A, 15B, 15V binaların həyətində reallaşıb.  

Birbaşa dialoq Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü və Bakı şəhər üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə gerçəkləşən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönələn “Bizim həyət” layihəsi çərçivəsində yenidən qurulan 540 ailənin, o cümlədən, 1942 nəfər sakinin məskunlaşdığı həyətdə təşkil olunub. 
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, habelə xidmət sahələrinin rəhbərləri, Hövsan qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri iştirak ediblər.  
Başçı İlqar Abbasov əvvəlcə sakinlərə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilən qərarlar, o cümlədən, minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin, eləcə də şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmərtəbəli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda, problemli kreditlərlə bağlı vətəndaşların maliyyə yükünün azaldılması kimi istiqamətlərdə həyata keçirilən tədbirlər, verilmiş mühüm göstərişlər barədə ətraflı məlumat verib.  
Mindən artıq sakinin iştirakı ilə keçən görüşdə 50-dən artıq sakinin şikayət və təklifi dinlənilib, həllini gözləyən problemlər barədə söhbət açılıb. 
Müraciətlər əsasən küçə və yolların asfaltlanması, işıqlandırılması, su və kanalizasiya şəbəkəsinin qurulması, evlərin sənədləşdirilməsi və digər mövzularla bağlı olub.  
Görüşdə, eyni zamanda, sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, çətinliklərin aradan qaldırılması istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib, onların həlli nəzarətə götürülüb.  
Sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən   hövsanlılar qəsəbədə görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa dəstək ifadə ediblər.

 

V.BAYRAMOV, “Xalq qəzeti” 

12 2019 22:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə