Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

KXDR nüvəsizləşmə ilə bağlı öhdəliklərinə sadiqdir

KXDR nüvəsizləşmə ilə bağlı öhdəliklərinə  sadiqdir

Koreya Xalq Demokratik Respublikası nüvəsizləşmə üzrə öhdəliklərinə sadiqdir və ABŞ-la bu istiqamətdə danışıqları davam etdirməyə hazırdır. Bu barədə ölkənin “Uriminçjokkiri (“Bizim millətlə birgə”) informasiya portalında getmiş “Tam nüvəsizləşməyə yol – bizim qəti mövqeyimizdir” sərlövhəli məqalədə məlumat verilir.
“Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, iki ölkə – ABŞ və KXDR arasında yeni əsrin tələblərinə uyğun olaraq yeni münasibətlər qurulsun, Koreya yarımadasında sabit və möhkəm sülh yaradılsın və tam nüvəsizləşmə istiqamətində addımlar atılsın”, – deyə məqalə müəllifləri qeyd ediblər. 
TASS-ın yaydığı məlumata görə, məqalədə bildirilir ki, KXDR-in Dövlət Şurasının sədri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp arasında bu il fevralın axırlarında Hanoyda keçirilmiş görüşdə tərəflər müzakirə olunan məsələlərlə bağlı qərar qəbul etmək üçün “məhsuldar dialoqu davam etdirmək” barədə razılığa gəliblər. 
Siyasi müşahidəçilər qeyd edirlər ki, sözügedən məqalədə irəli sürülən fikir – ölkənin nüvəsizləşmə üzrə öhdəliklərə sadiq olması – iki liderin Vyetnam sammitindən sonra KXDR mətbuatında ilk dəfə səsləndirilir. Buna görə də hesab edilir ki, bu fikir ölkə rəhbərliyinin razılığı olmadan mətbuata sıza bilməzdi. 
ABŞ və KXDR liderlərinin Hanoy görüşü fevralın 28-də başa çatmış, ancaq nəticələrlə bağlı tərəflər razılığa gələ bilməmişdilər. Bir neçə görüş keçirilsə də, Prezident Donald Tramp və KXDR lideri Kim Çen In birgə bəyannaməni imzalamamış, yalnız dialoqu davam etdirəcəklərini bildirmişdilər. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

12 2019 21:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə