Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Küveytdə rəy sorğuları: “Ərdoğan ən populyar əcnəbi liderdir”

Küveytdə rəy sorğuları: “Ərdoğan ən populyar əcnəbi liderdir”

Son bazar günü Küveytdə əhali arasında keçirilən rəy sorğularının nəticələrinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əcnəbi liderlər arasında “ən populyar dövlət xadimi” adlandırılıb. Sorğu yerli nüfuzlu “Al-Qabas” qəzetinin redaksiyası tərəfindən təşkil olunub. 

Qeyd edək ki, rəyi soruşulanların 64 faizi Türkiyə dövləti başçısının daxili və xarici siyasətini dəstəklədiklərini bildiriblər. Sorğunun ümumi nəticələrinə görə, R.T.Ərdoğandan sonra ikinci xarici populyar lider Çin Prezidenti Si Sinpin hesab olunub. 
Xatırladaq ki, Türkiyə ilə Küveyt arasında son illər bir sıra sahələrdə, o cümlədən iqtisadi, ticari, müdafiə sənayesi, eləcə də siyasi əməkdaşlıq istiqamətində mühüm sazişlər imzalanıb. 
Türkiyə ­Prezidenti 2017-ci ildə Küveytə rəsmi səfər edib. Prezident R.T.Ərdoğan və Küveyt Əmiri Şeyx Sabah al-Əhməd əl-Caber al-Sabah iki dövlət arasında iqtisadi və regional əlaqələri gücləndirmək üçün müzakirələr aparıblar. Liderlər birbaşa sərmayələrin artırılması, elm və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandum imzalayıblar.
Xatırladaq ki, Küveyt dövləti bir müddət əvvəl Qətərlə bağlı yaranan böhran zamanı Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya daxil olsa da, rəsmi Dohanı birmənalı olaraq dəstəkləyən Türkiyə ilə əlaqələrini normal vəziyyətdə saxlamağa çalışıb. 
Yeri gəlmişkən, Qətər ətrafında problemin çözülməsində R.T.Ərdoğanın mühüm rol oynaması müasir ərəb dünyasında razılıq hissi ilə qarşılanıb. 

 

M.HACIXANLI,
“Xalq qəzeti”

 

 

12 2019 21:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə