Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmperator tacını oğluna təhvil verir

İmperator tacını oğluna təhvil verir

Yaponiya imperatoru Akihito taxt-tacını oğlu, vəliəhd Naruhitoya ötürmək üçün ənənəvi mərasimlərin icrasına başlayıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, imperator Akihito  öz taxt-tacını bu il aprelin 30-da Naruhitoya təhvil verəcək. 
Mərasim zamanı əvvəlcə saraydakı Kasikodokoro məbədinə gələn imperator girişdə Yaponiya hökmdarları sülaləsinin ulu anası kimi qəbul olunan ilahə Amaterasuya xitabən taxt-tacını təhvil verəcəyi barədə dua oxuyub. 
Daha sonra əlahəzrət imperator sələflərinə və müxtəlif tanrılara həsr olunan Koreyden və Sinden ibadətgahlarını da ziyarət edib.
İmperator taxt-tacını təhvil verəcəyi gün – aprelin 30-da sözügedən məbədi bir daha ziyarət edəcək.
Qeyd edək ki, 2017-ci ilin dekabr ayında imperator ailəsi işlərinə dair komissiya 85 yaşlı Akihitonun bu il aprelin 30-da taxt-tacdan çəkiləcəyini, mayın 1-də isə 59 yaşlı şahzadə Naruhitonun da taxt-taca qalxacağı barədə qərar vermişdi. Yeni imperatorun taxta çıxmasına bir ay qalmış hökumət yeni dövrün adını bəyan edəcək. Akihitonun hakimiyyət dövrünün adı Heysey, yəni Barış dövrüdür.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

 

12 2019 21:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 17:53
Əfqanıstanda partlayış

Köhnə versiyamızdan xəbərləri izlə