Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Parlamenti "Şimal axını 2" layihəsinin dayandırılması barədə qətnamə qəbul edib

Avropa Parlamenti

Avropa Parlamenti Strasburqda plenar sessiya zamanı Avropa İttifaqı və Rusiya arasında siyasi münasibətlər barədə qətnaməni qəbul edib.

Trend-in məlumatına görə, qətnaməyə əsasən, “Şimal axını 2” layihəsinin icrası dayandırılır. Moskva Avropa İttifaqının strateji tərəfdaşı hesab olunmur.

Qətnamənin lehinə 402 deputat, əleyhinə 163 deputat səs verib.

Sənəddə vurğulanır ki, “Şimal axını 2” layihəsi Avropa İttifaqının Rusiya qazının tədarükündən asılılığını gücləndirir və Aİ-nin enerji siyasətinə cavab vermir.

Qeyd edək ki, "Şimal axını - 2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiya qazının Almaniyaya tədarükünü nəzərdə tutur.

12 2019 17:07 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə