Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş nazir: Bolqarıstanla Azərbaycan arasında yaxşı münasibətlər uğurlu hərbi əməkdaşlığın əsasıdır

Baş nazir: Bolqarıstanla Azərbaycan arasında yaxşı münasibətlər uğurlu hərbi əməkdaşlığın əsasıdır

Bolqarıstanla Azərbaycan arasında yaxşı münasibətlər uğurlu hərbi əməkdaşlığın əsasıdır.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın Baş naziri Boyko Borisov bu ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla görüşündə deyib.

Görüş zamanı tərəflər hərbi əməkdaşlığın dərinləşdirilməsi, birgə təlimlərin keçirilməsi, eləcə də hərbi təhsil sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Baş nazir qeyd edib ki, Bolqarıstan NATO-nun üzv ölkəsidir və özünün müdafiə qabiliyyətinin inkişafı üçün ciddi səylər göstərir.

Görüşdə, həmçinin Bolqarıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Botsev və müdafiə nazirinin müavini Atanas Zapryanov iştirak ediblər.

12 2019 15:09 -

Köhnə versiyamızdan xəbərləri izlə