Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biləsuvar və Saatlıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Biləsuvar və Saatlıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilir. Növbəti səyyar satışlar martın 12-də Biləsuvarın Ağayrı, martın 13-də isə Saatlının Çolpı kəndlərində təşkil olunacaq.

Bu kəndlərə yaxın ətraf yaşayış məntəqələrinin sakinləri də səyyar satışdan yararlana biləcəklər. Səyyar satış barədə ətraflı məlumat almaq üçün vətəndaşlar Biləsuvar rayonu üzrə +99450 222 07 94 (Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev), Saatlı rayonu üzrə +99450 332 29 98 (Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ağa Əsədov) nömrəsi ilə əlaqə saxlamaq olar.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlana biləcəklər.

Qeyd edək ki, səyyar satışın keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısını almaq, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin etməkdir.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

12 2019 15:02 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə