Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə “Zamanla Üz-Üzə” adlı sərgi

Bu gün Muzey Mərkəzinin Sərgi qalereyasında Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə “Zamanla Üz-Üzə” adlı sərginin açılışı mərasimi olacaq.

“Reinkarnasiya 5” layihəsi çərçivəsində təşkil olunacaq sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin hazırladığı, Qobustan mövzusunda 40-dan artıq orijinal iş nümayiş etdiriləcəkdir. İşlər rəsm əsərləri, heykəltəraşlıq və keramika, video installasiya formatında təqdim olunur. 18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni interpretasiyada izləyiciyə çatdıran layihənin məqsədi Qobustanın mədəni irsinin təbliği ilə yanaşı incəsənət xadimlərində bu mövzuya marağı artırmaqdır.

Azərbaycan ərazisində ən qədim incəsənət nümunələri hesab olunan Qobustan qayaüstü rəsmlərinə incəsənət xadimlərinin baxışını müasir yozumda əks etdirən sərgi Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

12 Mart 2019 14:07 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
26 Sentyabr 2020 | 09:04
Bədii qiraət ustası...
25 Sentyabr 2020 | 11:33
Opera səhnəmizin "Nigar"ı

Köhnə versiyamızdan xəbərləri izlə