Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Məhəbbət və ölüm"

"Goethe-Zentrum Baku"nun (Höte İnstitutu) dəstəyi ilə "Kapelhaus" Alman-Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış portuqal rəssamı Vasko Araujonun "Məhəbbət və ölüm" adlı fərdi sərgisi açılıb.

Ekspozisiyada İçərişəhərin fotoları ilə yanaşı "Leyli və Məcnun" poemasından ingilis dilində parçalar təqdim edilib. Leyli və Məcnunun nakam məhəbbətindən söz açan "Liebestod. Məhəbbət və Ölüm" videoişi sərginin ana xəttini təşkil edib. Məhz "Leyli və Məcnun" və paytaxtımızın qədim tarixi rəssamı bu ekspozisiyanı yaratmağa ruhlandırıb.

Qeyd edək ki, məhəbbət və ölüm, onların ədəbiyyat və musiqidə əksini tapması Vasko Araujo yaradıcılığının əsas mövzularıdır.

Böyük maraqla qarşılanan ekspozisiya aprelin 4-dək davam edəcək.

Vasko Araujo 1974-cü ildə Lissabonda anadan olub. Onun əsərləri müxtəlif kitab və kataloqlarda dərc edilib, Pompidu Mərkəzi, Müasir İncəsənət Muzeyi (Fransa), Kraliça Sofiya Milli Muzeyi, İncəsənət Mərkəzi (İspaniya), Təsviri Sənət Muzeyi (ABŞ) kimi muzeylərdə, habelə şəxsi kolleksiyalarda təqdim olunub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

12 2019 14:04 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
18 Sentyabr 2020 | 11:09
Əbədiyaşar sənətkar

Köhnə versiyamızdan xəbərləri izlə