Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli fərmanına uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı (Azərbaycan Respublikasının ­Qanunvericilik Toplusu, 2015, № 2, maddə 125; 2017, № 2, maddə 175, № 7, maddə 1349, № 11, maddə 2016) ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 7.22-ci bənd əlavə edilsin:
“7.22. “www.azexport.az” internet portalı vasitəsilə dövlət rüsumunun və digər ödənişlərin həyata keçirilməsi məqsədi ilə sistem portalla inteqrasiya olunur.”. 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2018-ci il

27 2018 23:03 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə