Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid anaları ilə bayramlar münasibətilə görüş keçirilib

Şəhid anaları ilə bayramlar münasibətilə görüş keçirilib

Milli Məclisin deputatı Qənirə Paşayeva "Zəfər" şəhid ailələrinə dəstək İB və Milli-Mənəvi Dəyərlərin Təbliği fondunun təşkil etdiyi tədbirdə iştirak edib.

Deputat çıxışında şəhid analarını və şəhid xanımlarını 8 Mart - Beynəlxalq qadınlar günü və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.  O, “şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir və onlar bütün  məclislərdə bu gün burada olduğu kimi xüsusi diqqətimizdə olmalıdır”,-- deyib. Q.Paşayeva şəhidlərimizin və onların ailələrinin qəhrəmanlığından geniş danışıb. Şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır deyən deputat “hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz”,-- deyib.

Dövlətimizin hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğısından danışan millət vəkili çıxışının sonunda “İnşallah, növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək”,-- deyib.

Şəhid  ailələri ilə geniş söhbət, fikir mübadiləsi aparılıb.  Q.Paşayeva  hər bir şəhid ailəsini ayrılıqda da dinləyib, onlarla xatirə şəkli çəkdirib və tədbirin sonunda  hər kəs birlikdə “gələcək bayramlarımızı birlikdə Xankəndində, Şuşada, Xocalıda qeyd edək”,-- deyiblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2019 15:26 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə