Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sağlamlıq

Böyrəklərinizin qeydinə qalın

Sağlamlıq

Böyrək insan orqanizmində ən mühüm orqanlardan biridir. O toksinlərin qandan süzülməsinə və detoksifikasiyaya görə cavab verir.

Buna görə də onu qorumaq və sağlamlığına nəzarət etmək lazımdır. Əks halda, əsl dəhşətə çevriləcək ciddi fəsadlarla üzləşə bilərik. Çünki böyrəklərin iş orqanizmi təmizləməkdən ibarətdir, əgər onlar öz funksiyasını yerinə yetirə bilməzsə, onda bütün zəhərli maddələr bədəndə toplanar.

Bu yazıda Medicina az oxucuları böyrəklərin təmizləyən təbii müalicə vasitəsilə tanış edir. Bu məhlulu hazırlamaq üçün 2 ədəd çiy soğan, 2 ədəd limon, 3 dəstə cəfəri, 2 litr su götürülür.

Su qazanda  qaynadılır. Doğranmış soğan dilimləri, iki ədəd limon suyu və cəfəri qaynamış suya əlavə edilir. İki saatdan çox soyudulur. Sonra qarışıq süzgəcdən keçirilir.

Hazırlanmış 2 litr müalicəvi suyu gün ərzində 5-6 porsiyaya bölmək olar. Çünki onun sidikqovucu xassələri çox güclüdür və bu içkini həftədə yalnız 3 gün istifadə etmək olar. 1 və ya 2 həftədən sonra detoksifikasiya prosesini təkrarlamaq lazımdır.

Böyrəklərin təmizlənməsi zamanı daha çox duzda olan natrium istehlakı məhdudlaşdırmalı, həmçinin doymuş yağlar, şəkər və digər zərərli ərzaqlardan qaçmaq lazımdır. Əksinə, qida rasionunda tərkibi su ilə zəngin olan meyvə və tərəvəzlərə yer vermək lazımdır. Yemək üçün paxlalı bitkilər, göbələk və balıq da yaxşı seçimdir.

Amma unutmamalıyıq ki, bu içki bəzi insanlarda xoşagəlməz reaksiya yarada bilər. Odur ki, soğan suyu turşu reflüksündən əzab çəkənlərə, hipertoniya və hipoglikemiya olan xəstələrə məsləhət deyil.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2019 14:42 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə