Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sağlamlıq

İmmuniteti yüksəldən içki

Sağlamlıq

Bu reseptdən hər gün səhər duran kimi istifadə edin. Sağlamlıq üçün olduqca faydaları vardır. Səhər duran kimi ac qarına 1 çay qaşığı qarazirə yağı, 1 çay qaşığı bal, 1 çay qaşığı limon şirəsini bir-birinə yaxşı-yaxşı qarışdırıb ac qarına için.

Əvvəla, bu, rahat içilir və içildikcə sevilir, çünki faydaları çoxdur. Qanı durulaşdırır, mədə-qida borusu bağırsaqlarda səpmələr varsa, mədə qıcqırması kolit olanlar üçün faydalıdır, yüngül işlədici təsiri olmaqla yanaşı babasil olanlar üçün faydalıdır.

İmmuniteti yüksəldir, allergiyadan əziyyət çəkənlər üçün olduqca faydalıdır, həmçinin qan dövranını yaxşılaşdırır, əlləri, ayaqları həmişə soyuq olanlar üçün də vacibdir. Yaddaşı gücləndirir, çünki beyin-qan dövranını yaxşılaşdırır.

Bu qarışımı uşaqlara da verə bilərsiniz. Uşaqların iştahını açır, əhvalını yüksəldir, böyrəkləri və öd yollarını təmizləyir, ac qarına mütəmadi içildikdə bağırsaq xovlarının arasındakı daşları da təmizləyir, öd yollarındakı durğunluğu götürür, yüksək xolesterini aşağı salır.

Bunu profilaktika məqsədilə qəbul edənlər  ürək xəstəliyinə tutulmaz, infarkt olmaz, beyninə qan sızmaz, çünki qan təzyiqini həmişə normada saxlayır, qanı qatılaşmaqdan qoruyur, damarların içini lipidlərdən, yağlardan təmizləyir, qaraciyər piylənməsi olanlar üçün də çox faydalıdır.

Həmçinin vitamin çatmazlığında, yorğunluqda faydaları da vardır. Qeyd edək ki, bu müalicə məqsədli deyil, yalnız profilaktika üçündür. Lazım olduqda bu qarışımı gündə 2-3 dəfə də içmək olar.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2019 14:38 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə