• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Avqustun 26-da Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.
Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Yürüşdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox avtomobil iştirak edib. Onların əksəriyyəti yürüş üçün qeydiyyatdan keçmiş şəxsi avtomobillər olub. Tədbirdə Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları sırasında olan nəqliyyat vasitələri də iştirak edib. 

Avtomobillərə ikinci həyat verən sərgi
 

Sərgiyə gələn tamaşaçılardan Ülviyyə Abbasova vurğulayıb ki, hazırda ölkəmizə xaricdən çoxsaylı turistlər gəlir. Bu sərgi həm də Azərbaycanın tarixə, mədəniyyətə yüksək səviyyədə münasibətinin göstəricisidir. Çox yüksək səviyyədə təşkil olunan sərgi klassik avtomobillərə yeni həyat verir.

12 yaşlı Rəsul Zəkiyev: Ən çox  “Mercedes” və “BMW”dən xoşum gəldi

 “İnsanların klassik avtomobilləri yaxından görməsinə imkan yaradan bu sərginin təşkilinə görə Azərbaycan Avtomobil Federasiyasına təşəkkürümü bildirirəm. Burada çox maraqlı avtomobillər nümayiş etdirilir. Mənim isə ən çox “Mercedes” və “BMW”dən xoşum gəldi” – bu sözləri III Uşaq Paralimpiya İdman Oyunlarının əlil arabasında idman rəqsi üzrə qaliblərindən biri Rəsul Zəkiyev söyləyib.

Azərbaycanda klassik avtomobillərə çox  böyük maraq var

Sərgi iştirakçısı Rasim Məmmədov buraya “Triumf” avtomobili ilə gəlib. Onun sözlərinə görə, bu avtomobil 1952-ci ildə İngiltərədə istehsal olunub. “Dünyada bu modeldən olan cəmi 190 avtomobil istehsal edilib. Bu günümüzə onlardan yalnız 20-si gəlib çatıb. İlk dəfədir ki, bu avtomobil sərgisinə qatılıram, burada çox yaxşı ab-hava var. Azərbaycanda klassik avtomobillərə maraq çox böyükdür. Bu sərgi isə çox yüksək şəkildə təşkil olunub”, – deyə Rasim Məmmədov qeyd edib. 

Belə sərgi ildə bir neçə dəfə keçirilsə yaxşı olar

Rameş Novruzov isə sərgiyə 1965-ci il sovet istehsalı olan Volqa “Qaz-21” avtomobili ilə gəlib. “Avtomobili restavrasiya etmişik. Sonradan həyat yoldaşım üçün də digər bir retro avtomobil aldıq. Bu, 1961-ci ildə istehsal olunmuş “Moskviç” markalı klassik avtomobildir. Biz retro avtomobil sərgisində dəfələrlə iştirak etmişik. Burada çox gözəl avtomobillər nümayiş olunur”, – Rameş Novruzov belə deyib.
Yürüşə “Vaz-011” markalı minik avtomobili (1973-cü il) ilə qatılmış Həsən Həsənovun fikrincə isə bu cür sərgi ildə bir neçə dəfə keçirilsə yaxşı olar.
 Paytaxt sakinləri deyirlər ki, bu sərgi və yürüş Bakının həyatında əsl bayramdır. Bu avtomobillər, xüsusən, onları görməyən gənclərdə daha çox maraq doğurur.
Avtomobillər şəhərin mərkəzi küçələri ilə yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunub. 
 Yürüş-sərgidə “Ford Model A” (1930), “QAZ M 20 Pobeda” (1958), “Mercedes Benz SL 190” (1962), “Ford Mustang” (1966), “Volvo 13134” (1966), “VAZ 21011” – milis (1973), “BMW 3.0 CS Coupe (1974),  “Qaz 13”- Çayka (1975) və digər unikal avtomobil modelləri təqdim edilib.
AZƏRTAC

27 2018 22:58 -

Ən son xəbərləri səhifəmizdən də izləyin