Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürcüstanda yeni siyasi partiya yaradılıb

Gürcüstanda yeni siyasi partiya yaradılıb

Gürcüstanda yeni siyasi partiya yaradılıb. “Qanun və ədalət” partiyasının təsisçisi Tako Çarkvianidir.

Tako Çarkviani təsis qurultayında bəyan edib ki, onun yaratdığı partiya hakimiyyət dəyişikliyi yolu ilə ölkəni böhrandan çıxaracaq, həyati problemləri həll edəcək.

Yeni liderin sözlərinə görə partiya hakimiyyət dəyişikliyinə nail olmaq üçün bütün müxalif qüvvələrlə əmkdaşlıq edərək, növbədənkənar parlament seçkiləri keçirilməsini tələb edəcək. Tako Çarkviani deyib: “Çoxlu səhvlərə, düzgün olmayan hərəkətlərə yol verilib, lakin mənim fikrimcə, dövlət üçün əhəmiyyətli islahatlar da aparılıb, bunları dəyərləndirmək lazımdır.”

Tako Çarkviani məşhur gürcü şairi, tanınmış ictimai xadim Cansuk Çarkvianinin qızıdır, 54 yaşı var. 

Partiyanın təsis qurultayında “Avropa Gürcüstanı” və “Milli Hərəkat”ın nümayəndələri də iştirak etmişlər.

 

“Xalq qəzeti”

11 2019 10:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə