Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aktyor Vladimir Etuş dünyasını dəyişib

SSRİ Xalq artisti Vladimir Etuş 97 yaşında dünyasını dəyişib.

Bu barədə Vaxtanqov adına teatrın direktoru Kirill Krok məlumat verib.

Aktyor 1922-ci ildə Moskvada yəhudi ailəsində düyaya gəlmişdir. Bundan əvvəl V.Etuş bir neçə dəfə səhhətində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirilib. Ötən il yayda İtaliyada istirahət zamanı səhhəti pisləşən aktyor Moskvaya qayıtdıqdan sonra Piroqov xəstəxanasına yerləşdirilmişdi. Teatr mövsümünün açılışına qədər vəziyyəti yaxşılaşan aktyor yenidən teatra qayıtmışdı.

Cümə günü səhhəti yenidən pisləşən aktyor Moskva xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdirilsə də onu xilas etmək mümkün olmayıb.

Aktyorun qızı Raisa bildirib ki, atasının ürəyində problemlər olub. Dəfn xərclərini dövlət və teatr öz üzərlərinə götürüblər. Vladimir Etuş Novodeviçye qəbiristanlığında ailə sərdabəsində dəfn olunacaq.

Kəskin xarakterli və komik rolların mahir ifaçısı olan Vladimir Etuş "Qafqaz əsiri”, "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir", “Üç müketyor”, “Yeniyetmə” və digər filmlərdə yaddaqalan obrazlar yaratmışdır. Aktyor 40-dan çox filmdə çəkilmişdir.

 

“Xalq qəzeti”

9 Mart 2019 15:37 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
26 Sentyabr 2020 | 09:04
Bədii qiraət ustası...
25 Sentyabr 2020 | 11:33
Opera səhnəmizin "Nigar"ı

Köhnə versiyamızdan xəbərləri izlə