Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici şirkət əməkdaşının həyatını həkimlər xilas ediblər

Xarici şirkət əməkdaşının həyatını həkimlər xilas ediblər

İstirahət mərkəzlərindən birində bədbəxt hadisə baş verib. Xarici şirkət əməkdaşlarından biri xəstəxanaya yerləşdirilib. Şepelyov Nikita Mixayloviç adlı bu işçi qaraciyər, böyrək, dalaq, bağırsağın ağır xəsarətləri, çoxlu qanitirmə və ağır travmatik şok diqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

N.Şepelyov Qusar rayon mərkəzi xəstəxanasında əməliyyat olunub. Həkimlər yaralının həyatını xilas ediblər.

Qeyd edək ki, Şepelyov Nikita Mixayloviç Səhiyyə Nazirliyinə və Qusar Mərkəzi Rayon Xəstəxanasına minnətdarlıq məktubu ünvanlayıb.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 2019 12:18 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin