Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kardiologiya institutunda konfrans keçirilib

Kardiologiya institutunda konfrans keçirilib

Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası (ANDOP –Academy of Nutrition, Dietetics and Obesity Prevention) Akademiyası ilə birgə “Kardioloji pasientlərdə düzgün qidalanma, qidaların sağlam hazırlanma üsulları və Azərbaycan mətbəxinə uyğunlaşdırılması “ adlı konfrans keçirib.

Konfransda ANDOP-un həmtəsisçi , Böyük Britaniya Müasir Səhiyyə Kollecinin məzunu, Beynəlxalq SCOPE sertifikasiyalı həkim-dietoloq Emil Hidayətli “Kardioloji Pasientlərdə Qidalanma” mövzusunda geniş məruzə ilə çıxış edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, məruzənin mövzusu böyük marağa səbəb olub. Bu layihə çərçivəsində davamlı əməkdaşlığın silsilə tədbirlərlə davam etdiriləcəyi bildirilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 2019 12:17 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə