Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816; 2017, № 2, maddələr 173, 185, № 5, maddələr 776, 817, № 8, maddə 1521; 2018, № 2, maddə 189, № 3, maddə 449, № 4, maddələr 662, 682) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 6.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.18-ci bənd əlavə edilsin:
“6.18. “E-qeyri-rezident”.”;
1.2. aşağıdakı məzmunda 7.2-1-ci bənd əlavə edilsin:
“7.2-1. “Qeyri-rezidentlər”;”;
1.3. 10-cu hissədə “sistemi ilə və” sözləri “sistemi,” sözü ilə əvəz edilsin və “ASAN Viza” sistemi” sözlərindən sonra “və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “www.azexport.az” internet portalı” sözləri əlavə edilsin;
1.4. aşağıdakı məzmunda 10.4-cü bənd əlavə edilsin:
“10.4. “www.azexport.az” internet portalı ilə inteqrasiya prosesində mübadilə edilən məlumatlar aşağıdakılardır:
10.4.1. sistemə təqdim olunan məlumatlar:
10.4.1.1. elektron imza verilməsi barədə müraciət etmiş xarici ölkədə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, xarici ölkədə daimi yaşayan və Azərbaycan Respublikasının konsulluqlarında uçotda olan Azərbaycan Respublikası vətəndaşlarının (qeyri-rezidentlərin) şəxsiyyətini təsdiq edən sənədin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti;
10.4.1.2. müraciəti qeyri-rezidentin nümayəndəsi etdikdə, qeyri-rezident adından çıxış etmək səlahiyyəti olan şəxsə verilən etibarnamənin skan edilmiş surəti;
10.4.1.3. elektron imza sertifikatının verilməsi və ya verilməsindən imtina edilməsi (“virtual FİN”in ləğv edilməsi) haqqında;
10.4.2. sistem tərəfindən təmin olunan məlumatlar:
10.4.2.1. qeyri-rezidentə verilən “virtual FİN” haqqında;”;
1.5. 11.12-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 11.13-cü bənd əlavə edilsin:
“11.13. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi – operatoru olduğu “www.azexport.az” internet portalının fəaliyyətinin təmin olunması ilə bağlı xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri üzrə məlumatlar.”;
1.6. 12.13-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 12.14-cü bənd əlavə edilsin:
“12.14. “E-qeyri-rezident” altsistemi:
12.14.0. altsistem aşağıdakı işlərin həyata keçirilməsini təmin edir:
12.14.0.1. qeyri-rezidentlərin elektron imza verilməsi barədə müraciətlərinin qəbul və təhlil edilməsi;
12.14.0.2. qeyri-rezidentlərə “virtual FİN” verilməsi və “virtual FİN” verilmiş qeyri-rezidentlərin reyestrinin aparılması;
12.14.0.3. qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi və elektron imza sertifikatlarının reyestrinin aparılması.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2018-ci il
27 2018 22:50 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə