Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU və Kajaani Tətbiqi Elmlər Universiteti ikili diplom proqramında maraqlıdır

ATMU və Kajaani Tətbiqi Elmlər Universiteti ikili diplom proqramında maraqlıdır

Finlandiya Respublikasının Kajaani şəhərində ”Erasmus+” proqramı çərçivəsində ”Beynəlxalq həftə” adlı tədbir keçirilib. Bildiyiniz kimi beynəlxalq təhsil proqramında müxtəlif ölkələrin universitetləri müvafiq istiqamətlər,o cümlədən də tələbə-müəllim mübadiləsində maraqlıdırlar.

Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa bildirib ki, ATMU Kajaani Tətbiqi Elmlər Universiteti ilə 4 ildən çoxdur ki, adikeçən beynəlxalq təhsil proqramı çərçivəsində əməkdaşlıq edir. Builki beynəlxalq tədbirin əsas qayəsi isə müxtəlif ali təhsil müəssisələri arasında səmərəli əməkdaşliq, ”Erasmus+” proqramı cərcivəsində yeni cağırıs ilinin müzakirəsi ilə bərabər, beynəlxalq tələbə layihələrinin səmərəli təskilindən ibarət idi. O.Musanın bildirdiyinə görə 2016- cı ildən bugünədək ATMU ve KAMK tələbələri Azərbaycan və Finlandiyada kənd turizminin tədqiqi və araşdırılması istiqamətində muxtəlif layihələr həyata keciriblər. Hər iki  ölkədə yay məktəbləri təşkil olunub. ATMU-nun 8 nəfər tələbəsi ”Erasmus+” beynəlxalq təhsil proqramından yararlanmaqla tərəfdaş universitetdə təhsil alıb.

Onu da qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universiteti və Kajaani Tətbiqi Elmlər Universiteti müvafiq ali təhsil müəssisələrinin fəaliyyət strategiyasına uyğun olaraq  ikili diplom proqramının tezliklə gerçəkləşməsinə qərar veriblər. 

 

Z.BƏŞİRQIZI,
”Xalq qəzeti”

7 2019 12:12 - TƏHSİL
TƏHSİL
15 May 2019 | 12:03
Qaraciyər Elastoqrafiyası

Köhnə versiyamızdan xəbərləri izlə