Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Oqtay Şirəliyev bu gün-- 06 mart 2019-cu il tarixində saat 11:00-da Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.

Nazir görüş zamanı Kürdəmir, Hacıqabul, Ağsu, Zərdab və Ucar rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 2019 12:34 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin