Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkə səhiyyəsində yenilik

Ölkə səhiyyəsində yenilik

Respublikada ilk dəfə olaraq Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində xroniki ürək çatışmazlığı xəstələri və onların qohumları üçün geniş reabilitasiya proqramı başlanılıb. Bu xəstələr üçün məktəb yaradılıb.

Dərslərdə xəstəliyin səbəbləri, simptomları, düzgün həyat tərzinin aparılması və vəziyyətlərinə uyğun pəhrizin saxlanılması yolları izah olunur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, proqrama kliniki kardioloqlar, psixoloqlar, reabilitoloqlar, diyetoloqlar, endokrinoloqlar cəlb olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 2019 12:09 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin