Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xidmət rəisi Samuxda peyvəndləmə tədbirlərini izləyib

Xidmət rəisi Samuxda peyvəndləmə tədbirlərini izləyib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Bayandur Rzayev Samux rayonunda heyvanların qarayara və dabaq xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə işləri ilə tanış olub. Həmçinin Samux rayonunun Tatlı və Qıyaslı kənlərində olan Xidmət rəisi heyvanların saxlama, yemləmə şəraiti, qarayara və dabaq xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə tədbirlərini izləyib.

Xidmət rəisinə təsərrüfatlarda görülən işlərlə bağlı, saxlanılan heyvanların yem bazası, xarici ölkə istehsalı olan kənd təsərrüfatı texnika və aqreqatları haqqında ətraflı məlumat verilib. Təsərrüfatda istehsal edilən ekoloji təmiz ət, süd və süd məhsullarının bazarda çoxsaylı alıcılara təqdim olunduğu vurğulanıb.

Bayandur Rzayev təsərrüfat sahiblərinin müraciətini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib, eləcə də baytar həkiminin iştirakı və tövsiyəsi olmadan heyvanlar üzərində özbaşına müalicə, peyvəndləmə və profilaktik tədbirlərin aparılmasının yolverilməz olduğunu qeyd edib. Xidmət rəisi bildirib ki, bir sıra təsərrüfatlarda vətəndaşlar heyvanları çimizdirərkən təlimata əməl etmir və baytar həkiminə məlumat vermədən özləri tərəfindən əvvəlcədən alınmış və uzun müddət şəraitsiz yerdə saxlanılmış dərman maddələrindən istifadə edirlər. Bu da son nəticədə heyvanlar arasında zəhərlənməyə və ölüm hallarının baş verməsinə gətirib çıxarır.

Xidmət rəisi həmçinin fermerlərin, təsərrüfat sahiblərinin müraciətlərinin sahə baytarlıq məntəqələri və baytarlıq idarələri tərəfindən qəbul edilərək çevik və vaxtında cavablandırıldığını vurğulayıb.

Görüşdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri barədə məlumat verilib və hazırda respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə müvafiq tədbirlər görüldüyü bildirilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 2019 12:00 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin