Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heyvanlar arasında profilaktik peyvəndləmə aparılır

Heyvanlar arasında profilaktik peyvəndləmə aparılır

2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Hazırda Kəlbəcər Rayon Baytarlıq İdarəsinin 8 sahə baytarlıq məntəqəsi tərəfindən aparılan tədbirlər çərçivəsində kəlbəcərlilərə məxsus ayrı-ayrı rayonlarda və şəxsi təsərrüfatlarda baş iribuynuzlu, təkdırnaqlı heyvanlarda ev quşlarında xəstəliklərə qarşı peyvəndləmə tədbiri aparılıb və 1200 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb.

Fevral ayının 10-dan isə bütün ölkədə olduğu kimi, Kəlbəcər rayonundan erməni işğalçıları tərəfindən köçkün salınan əhaliyə məxsus iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Xırdabuynuzlu heyvanlarda isə bu tədbirin martda aparılması nəzərdə tutulur.

Tədbirlər çərçivəsində həm də maariflənmə işi aparılaraq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.

Qeyd edək ki, epizootik tədbirlər planına uyğun olaraq bundan sonra kəlbəcərlilərə məxsus ev quşları arasında, iribuynuzlu və xırdabuynuzlu heyvanlarda profilaktik peyvəndləmə tədbirləri davam etdiriləcəkdir. Həmçinin həssas heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə xırdabuynuzlu heyvanlardan qan nümunələrinin alınması nəzərdə tutulub.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

5 2019 16:19 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə