Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Türkiyədə

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Türkiyədə

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Türkiyəyə səfər edib.

Ankaraya səfər çərçivəsində C.Ceffri Türkiyənin rəsmi şəxsləri ilə, o cümlədən milli müdafiə naziri Hulusi Akarla bir sıra görüşlər keçirəcək.

Danışıqlar zamanı ABŞ qoşunlarının Suriyadan çıxarılması, Türkiyə sərhədində təhlükəsiz zonanın yaradılması, Türkiyəyə Rusiya istehsallı C-400 zenit-raket komplekslərinin tədarükü və ABŞ-dan "Patriot" raket əleyhinə kompleksinin alışı kimi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Davud Çavuşoğlu bir müddət əvvəl bildirmişdi ki, Türkiyə ABŞ-dan Patriot zenit-raket kompleksləri ala bilər. Nazir vurğulamışdı ki, Patriotların alınması Rusiyadan C-400-lərin alınmasından imtina etmək deyil.

Bəzi məlumatlara görə, ABŞ Türkiyəyə 3,5 milyard dollar dəyərində 80 Patriot MIM-104E idarəolunan zenit raketi, 60 PAC-3 raketi və müvafiq avadanlıqlar satılmasına icazə vermişdir.

 

“Xalq qəzeti”

5 2019 14:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə