Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı meriyası Tağıyevin heykəli üçün 4 yerə baxır

Bakı meriyası Tağıyevin heykəli üçün 4 yerə baxır

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Əməkdar artist Bəhram Bağırzadənin Prezident İlham Əliyevlə görüşdə Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması ilə bağlı təklifinə baxılır.

Bu barədə BŞİH-nin mətbuat xidmətindən bildirilib.

Meriyadan verilən məlumatda qeyd edilib ki, heykəlin ucaldılması ilə bağlı müvaqif qurumlarla birgə 4-ə yaxın mərkəzi küçə nəzərdən keçirilir.

Baxılan yerlərdən ikisi “Neftçilər” prospektindədir. Onlardan biri Bərham Bağırzadənin təklifdə səsləndiyi yer--Kukla teatrı ilə üzbəüz bağ (Neftçilər prospektilə Əziz Əliyev küçəsinin kəsişməsi), digəri “Qız qalası”nın yanında (Neftçilər prospekti) sökülən evin yerindəki boş sahədir.

Əlavə olaraq, iki küçədə də heykəlin ucaldılması məsələsinin baxıldığı deyilir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

5 2019 12:26 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə