Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Qubada

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Qubada

“Yurdumuza bahar gəlir” adlı konsert proqramı akademiyanın Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Konsertdən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, BMA-nın elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə çıxış edərək, ölkəmizdə mədəniyyət və incəsənət sahəsinə göstərilən diqqət və qayğıdan danışıb, regionlarda bu kimi tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar.

Bildirilib ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə təşkil etdiyi mədəni tədbirlər ənənə halını alıb. Bundan öncə Xaçmazda dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Qara Qarayevin 100 illik yubileyi, Şabranda isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Yurdumuzun istedadlı gəncləri” adlı konsertlər təqdim olunub.

Klassik musiqinin bölgə tamaşaçısına təqdim olunmasının bu janra marağın artması, həmçinin gənclərin musiqi zövqünün formalaşması üçün vacibliyi vurğulanıb. Bildirilib ki, klassik musiqi irsimizin, muğam sənətinin incilərinin təbliği baxımından regionlarda keçirilən bu kimi tədbirlər böyük əhəmiyyətə malikdir.

Konsertdə səslənən musiqi nömrələri tamaşaçıların zövqünü oxşayıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

5 2019 12:17 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə