Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-fevral aylarında çoxmərtəbəli binalarda 2827 mənzilə təbii qaz verilməsi təmin olunub

Yanvar-fevral aylarında çoxmərtəbəli binalarda 2827 mənzilə təbii qaz verilməsi  təmin olunub

“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“Azəriqaz” İB-dən aldığımız məlumatda bildirilir ki, birlik 2019-cu ilin yanvar-fevral ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin etmişdir. Qeyd edək ki, həmin binalarda ümumilikdə 2827 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

5 2019 12:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə