Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tramp Türkiyə və Hindistanla ticarətdə güzəştləri ləğv etdi

Tramp Türkiyə və Hindistanla ticarətdə güzəştləri ləğv etdi

ABŞ Prezidenti Donald Tramp Hindistan və Türkiyə ilə ticarətdə güzəştli rejimi ləğv etməyi planlaşdırır. Bu barədə müvafiq bildiriş Konqresə göndərilib.

Ağ Evin rəhbəri qərarı onunla izah edib ki, Yeni Dehli Amerika şirkətlərinə "Hindistan bazarına bərabər girişin" təqdim edilməsi üçün zəmanətlər verməyib.

Türkiyə ilə məsələyə gəlincə isə, Tramp bu qərarı "ölkənin iqtisadi inkişaf səviyyəsi əsasında" verib. ABŞ liderinin sözlərinə görə, güzəştlərin qüvvədə olduğu son 45 il ərzində Türkiyə iqtisadiyyatı əhəmiyyətli dərəcədə güclənib və diversifikasiya olunub, əhalinin gəlir səviyyəsi artıb, yoxsulluq azalıb.

 

“Xalq qəzeti”

5 2019 10:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə