Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Klinton 2020-ci ildə keçiriləcək ABŞ prezidenti seçkilərində namizədliyini irəli sürməyəcək

Klinton 2020-ci ildə keçiriləcək ABŞ prezidenti seçkilərində namizədliyini irəli sürməyəcək

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton ölkədə 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirib.

Bunu Klinton "News 12" telekanalına müsahibəsində bildirib.

Xanım Klinton həmçinin deyib ki, Nyu-York qubernatoru və ya meri vəzifəsinə də namizədliyini irəli sürməyi planlaşdırmır. Klintonun sözlərinə görə, o "öz partiyasına kömək edir, həmçinin yazıçı, fəal qadın və nənə həyatından həzz alır".

Hillari Klinton 1947-ci ildə Çikaqoda doğulub.  Demokrat partiyasından olan siyasətçidir. Uellsli kollecini və Yel universitetinin hüquq fakültəsini bitirib, 1973-cü ildə hüquq doktoru elmi dərəcəsi almışdır.

Arkanzasıın (1983-1992), ABŞ-ın (1993-2001) birinci ledisi, Nyu-York ştatından senator olub. 2009-2013-cü illərdə ABŞ-ın Dövlət katibi vəzifəsində çalışıb. 2016-cı ildə ABŞ prezidenti seçkilərində Demokrat partiyasından prezidentliyə namizəd olub.

 

“Xalq qəzeti”

5 2019 10:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə