Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xaçmaz kəndlərinin su təminatı yaxşılaşdırılıb

Xaçmaz kəndlərinin su təminatı yaxşılaşdırılıb

Xaçmazın Xaspoladoba, Arzu və Sərkərli kəndlərində yeni suvarma və iki su təminatı layihələrinin açılışı keçirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuata məlumatında deyilir ki,   layihələr nəticəsində yerli fermerlərin suvarma suyuna əlçatanlığı və bir neçə min sakinin texniki su təminatı yaxşılaçacaq.

Həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində inşa edilib.

Xaspoladoba kəndində qazılmış iki yeni artezian quyusu su çatışmazlığı səbəbindən məhsuldarlığı aşağı düşən fındıq və meyvə bağlarının suvarma suyu ilə təminatını yaxşılaşdıracaq. Lazımi qədər suvarma suyu fındıq və meyvə ağaclarının məhsuldarlığını, habelə məhsulun ölçü və keyfiyyətini artıracaq. Daha yaxşı məhsuldarlıq yerli fermerlərin gəlirlərinin artmasına səbəb olacaq. Xaspoladoba kəndindəki layihə USAID-in Sosial-İqtisadi İnkişaf Layihəsi (SEDA) və Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi çərçivəsində həyata keçirilib.

Arzu və Sərkərli kəndlərində müvafiq olaraq 60 və 25 tonluq yeni su çənləri, habelə iki kənddə toplam 8 kilometrə yaxın yeni su boruları quraşdırılıb. Yeni su sistemləri 2400 sakini gündəlik istifadə üçün su ilə təmin edəcək. Həmin layihələr USAID-in SEDA adlı layihəsi çərçivəsində həyata keçirilib.

USAID, İqtisadiyyat Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti və bələdiyyə nümayəndələri tədbirlərə qatılıblar.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

4 2019 15:46 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə