Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Reabilitasiya vasitələri yaşayış yerlərində veriləcək

Reabilitasiya vasitələri yaşayış yerlərində veriləcək

Prezident İlham Əliyevin 23 fevral 2019-cu il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinə edilmiş dəyişikliklərdən biri kimi reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək də nazirliyin vəzifələri sırasına daxil edilib.

Qeyd edək ki, ötən ildən nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bir sıra hallarda (sağlıq durumları ilə bağlı paytaxta gəlməyə imkanı olmayan) əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin onların yaşadıqları bölgələrə, hətta yaşadıqları ünvanlara aparılaraq verilməsi işlərinə başlanıb. 2018-ci il ərzində mərkəz əliliyi olan şəxsləri  35 351 reabilitasiya vasitəsi ilə təmin edib. Onlardan bir hissəsinə-- reabilitasiya vasitələrini götürmək üçün özlərinin (və ya yaxınlarının)  Bakıya gəlmək imkanları olmayan şəxslərə -- səyyar xidmət formasında yaşadıqları rayon və ya şəhərə aparılmaqla, yaxud birbaşa ünvana çatdırılma qaydasında təqdim olunub. 

Dövlət başçısının müvafiq fərmanı ilə nazirliyin Əsasnaməsində edilmiş dəyişikliyə uyğun olaraq, bundan sonra reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi sistemli xarakter alacaq, bu sahədə fəaliyyət daha da genişləndiriləcək.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 2019 15:39 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə